• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Pensiyalar artımla nə vaxtdan veriləcək? - Tarix AÇIQLANDI

İQTİSADİYYAT

09 Dekabr 2024 | 09:45

Pensiyalar artımla nə vaxtdan veriləcək? - Tarix AÇIQLANDI

Yanvarın birindən bütün növ əmək pensiyaları artırılacaq.

Bakıvaxtı.az bu barədə "Xəzər TV"yə istinadən xəbər verir.

Belə ki, 1 milyondan çox vətəndaşın pensiyasında artım olacaq.

2025-ci ildə bütün növ əmək pensiyaları artırılacaq və bu Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapıb.

Millət vəkili Vüqar Bayramov bildirib ki, indeksləşdirmə faizi hər hansı qurum tərəfindən müəyyənləşdirilən faiz deyil.

Bu, əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilən indeksləşdirmədir.

Millət vəkili əlavə edib ki, vətəndaşlar pensiyalarını qarşıdakı ilin ikinci ayından etibarən artımla birlikdə ala biləcəklər.


SON XƏBƏRLƏR

18 Aprel 2025