• Bakı 10° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Rusiya iqtisadiyyatının 3 milyona yaxın işçiyə ehtiyacı var

İQTİSADİYYAT

11 Noyabr 2024 | 08:09

Rusiya iqtisadiyyatının 3 milyona yaxın işçiyə ehtiyacı var

Rusiya iqtisadiyyatının işçi qüvvəsinə ehtiyacı bu ilin ikinci rübündə 10% artaraq 2,7 milyon nəfər təşkil edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “İzvestiya” Ali İqtisadiyyat Məktəbinin araşdırmasına istinadən yazıb.

“İlin birinci yarısında işçi çatışmazlığından ən çox asılılıq tikinti seqmentində və avtomobil yolu ilə yükdaşıma xidmətləri göstərən şirkətlərdə formalaşıb”, - materialda qeyd olunub.

Əmək bazarında ən çox vakansiyalar İT, tikinti və pərakəndə satış sektorundadır. Məqalədə vurğulanıb ki, işçi qüvvəsi çatışmazlığı şirkətlərin mütəxəssisləri saxlamaq üçün tədbirlər görməsinə, maaşların artmasına, həm gəncləri, həm də yaşlı nəslin nümayəndələrini işə götürməsinə səbəb olur.


SON XƏBƏRLƏR