• Bakı 11° C

    12.64 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Çin və Rusiya arasında ticarət dövriyyəsi 222 milyard dolları ötüb

İQTİSADİYYAT

10 Dekabr 2024 | 11:07

Çin və Rusiya arasında ticarət dövriyyəsi 222 milyard dolları ötüb

2024-cü ilin yanvar-noyabr aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 222,77 milyard dollar təşkil edib.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bununla bağlı Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata əsasən, Çin Rusiyadan 118,57 milyard dollarlıq (artım 0,4%) mal idxal edib.

Rusiya ixracının əsas hissəsini enerji resursları - neft, təbii qaz və kömür təşkil edib. Rusiyadan Çinə tədarükün digər mühüm sahələrinə metal, ağac, dəniz məhsulları və kənd təsərrüfatı məhsulları daxildir. 

Çin Rusiyaya avtomobillər, traktorlar, kompüterlər, smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, kondisionerlər və kompüterlər ixrac edib.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR