Moskva hökuməti 2025-ci il üçün şəhər büdcəsi və 2026-2027-ci illər üçün planlaşdırma dövrü haqqında qanun layihəsini təsdiqləyib.
Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, sənədə əsasən, gələn il büdcə xərclərinin 90%-i 13 dövlət proqramının icrasına yönəldilən xərclər hesabına formalaşacaq.
2025-ci ildə ümumilikdə 5,013 trilyon rubl, üç il ərzində isə 15,229 trilyon rubl xərclənəcəyi gözlənilir. Paytaxt hakimiyyət orqanları vəsaiti ən çox nəqliyyat sisteminin inkişafına (1,08 trilyon rubl) və sosial dəstəyə (737,1 milyard rubl) xərcləməyi planlaşdırır.
İcrası 2025-ci il üçün nəzərdə tutulan dövlət proqramları səhiyyə, təhsil, nəqliyyat, mədəniyyət və turizm infrastrukturunun inkişafı, mədəni irsin qorunması və əhalinin sosial dəstəklənməsi kimi sahələri əhatə edir. Büdcəyə təhsil və səhiyyəyə 649,6 milyard və 610,7 milyard rubl daxildir.
Büdcə 2030-cu ilə qədər Moskvanın iqtisadiyyatının, infrastrukturunun və sosial sahəsinin inkişafı üzrə strateji planlar nəzərə alınmaqla formalaşdırılıb. Həmçinin tərtib zamanı 2024-cü il üçün gözlənilən büdcə icrası göstəriciləri və növbəti üç il üçün şəhərin sosial-iqtisadi inkişafının proqnozlaşdırılmasının əsas ssenarisi nəzərə alınıb.
Gülşən Şərif