• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyə tikinti materiallarının ixracını artırıb

İQTİSADİYYAT

08 Noyabr 2024 | 15:51 | Müəllif: Gülşən Şərif

Türkiyə tikinti materiallarının ixracını artırıb

Tikinti materiallarının ixracı bu ilin sentyabr ayında avqust ayı ilə müqayisədə 85 milyon dollar artaraq 2,62 milyard dollara çatıb.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu, Türkiyə İnşaat Materialları İstehsalçıları Dərnəyi (Türkiyə İMSAD) tərəfindən hazırlanan İnşaat Materialı Sənayesi Xarici Ticarət İndeksində yer alıb.

Məlumata görə, iş günlərinin sayının normallaşması ilə tikinti materialları sənayesinin ixracı iyul ayında əhəmiyyətli dərəcədə artıb, avqust ayında isə yüksəlişini davam etdirib. Bazardakı durğunluğa və türk lirəsinin bahalaşmasına baxmayaraq, sektorun ixracı sentyabr ayında da artmağa davam edib. 

Sektorun ixracatı sentyabr ayında 2,62 milyard dollara yüksələrək avqust rəqəminin 85 milyon dolların üzərində olub. İllik tikinti materialları ixracatı sentyabr ayı etibarilə 28,78 milyard dollara çatıb. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026