• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan hotellərində orta qiymət 25 %-ə yaxın artıb

İQTİSADİYYAT

07 Dekabr 2024 | 17:42

Azərbaycan hotellərində orta qiymət 25 %-ə yaxın artıb

 Bu il Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,3 manat təşkil edib.

Bakıvaxtı.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 24,2 % çoxdur.

Təkcə dekabr ayında isə booking.com-da ölkə hotellərində bir gecə qalmaq üçün orta qiymət 149,7 manat olub ki, bu da bir il əvvələ nisbətən 24,7 % çoxdur.

Müqayisə üçün, İstanbul hotellərində yanvar-dekabr aylarında orta qiymət 166 manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % azdır.

Gürcüstanda isə yanvar-dekabr aylarında hotellərdə bir gecə qalmaq üçün orta qiymət 133 manat olub (-9,2 %).


SON XƏBƏRLƏR

18 Aprel 2025