• Bakı 21° C

    11.29 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

Samanta Pauer kimdir və hansı siyasəti həyata keçirir? 

SİYASƏT

13 Sentyabr 2024 | 16:34

Samanta Pauer kimdir və hansı siyasəti həyata keçirir? 

 “USAİD-in region dövlətlərinə qarşı qərəzli və ayrıseçkliyə əsaslanan mövqeyini mütəmadi olaraq müşahidə edirik”.

Bunu Bakıvaxtı.az-a millət vəkili, iqtisadçı Vüqar Bayramov Beynəlxalq İnkişaf Agentliyinin  (USAID) Azərbaycana qarşı qərəzli münasibəti və qeyri-obyektiv yanaşmasına münasibət bildirərkən deyib.

V.Bayramovun sözlərin görə, ümumiyyətlə, USAİD rəhbərinin ermənipərəst mövqeyi və onun son illərdə dəfələrlə Ermənistana səfər etməsi, sadəcə Azərbaycan əleyhinə deyil, ümumiyyətlə beynəlxalq hüquq və qlobal prinsiplərə qarşı etdiyi çıxışlar daim diqqət mərkəzində olub.

"USAİD ermənipərəst mövqeyini son illər daha açıq formada nümayiş etdirməyə başlayıb. Bu da təbii ki, beynəlxalq qurum üçün heç də arzuolunan deyil. Xüsusən, beynəlxalq yardım həyata keçirən qurumların öz funksiyaları qərəzsiz, obyektiv olmalıdır” deyən müsahibimiz qeyd edib ki, amma təəssüf ki, bu, USAİD-də müşahidə olunmur. Onun sözlərinə görə, çox təəssüf ki, bir sıra beynəlxalq qurumlar Azərbaycan torpaqları uzun zaman işğal altında olarkən susmağa üstünlük verdilər. Həmin qurumlar bugün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra narahat olmağa başlayıblar.

Vüqar Bayramov: USAİD ermənipərəst mövqeyini son illər daha açıq formada nümayiş etdirməyə başlayıb

“Bütün bunlara rəğmən, Azərbaycan öz mövqeyini daha da gücləndirir, regionda formalaşan yeni düzənin qorunub saxlanması, ölkələrin ərazisi bütövlüyünə və suverenliyinə hörmət səviyyəsində sülhün əldə edilməsində israrlıdır", - deyə Vüqar Bayramov vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR