• Bakı 26° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Bu ərazilərdə internetin verilməsində məhdudiyyətlər yaranacaq

CƏMİYYƏT

13 Sentyabr 2024 | 17:13

Bu ərazilərdə internetin verilməsində məhdudiyyətlər yaranacaq

Naxçıvan Muxtar Respublikası (MR) üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, 13 sentyabr saat 23:30-dan 14 sentyabr saat 05:30-a qədər təxirəsalınmaz profilaktik təmir-bərpa işləri həyata keçiriləcək.

Qeyd olunub ki, təxirəsalınmaz işlər görülən müddətdə muxtar respublika üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin verilişi tam bərpa ediləcək. /Metbuat.az


SON XƏBƏRLƏR

18 Iyul 2025