Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən qeydə alınan namizəd Aydın Əbilovun, 22 saylı Nəsimi-Yasamal seçki Dairəsindən qeydə alınan namizəd Cahandar İsmayılovun (Bayoğlu), 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən namizəd Sərdar İsmayılovun və 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciətlərinə baxılıb.
Bakıvaxtı.az xəbər verir ki, MSK 3 namizədin müraciətini təmin etməyib, DSK-ların qərarları qüvvədə saxlanılıb.
21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciəti üzrə isə bir məntəqədə - 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız sayılıb. Bu məntəqə xaric, DSK-nın qərarı qüvvədə saxlanılıb.
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən qeydə alınan namizəd Şəhriyar Məcidzadənin müraciəti ilə əlaqədar 3, 4, 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb. Bu 3 məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.