Misli Premyer Liqasında milli komandaların oyunlarına görə yaranan 11-12 günlük fasilə bu gün başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, çempionatın 6-cı turu bu gün baş tutan bir oyunla start götürüb.
"Araz-Naxçıvan"la "Kəpəz" Mərdəkanda münasibətlərinə aydınlıq gətiriblər. Görüşün taleyini ikinci hissədə vurulan 1 qol həll edib. Gəncəliləri matça çıxaran Azər Bağırov "Kəpəz"dəki debüt oyununda sabiq komandasına uduzub.
"Araz-Naxçıvan" bu qələbə sayəsində xallarını 10-a çatdıraraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. "Kəpəz" isə sonuncu yerdə qalıb.
Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.
"Araz-Naxçıvan" "Kəpəz"i məğlub etdi
İDMAN
13 Sentyabr 2024 | 21:46 | Müəllif: Subhan Mahmudov

SON XƏBƏRLƏR
11:27
11:18
09:24
08:49
23 Sentyabr 2026
23:56















