• Bakı 21° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Bolqarıstanda 103 ildə ilk dəfə vəba aşkarlanıb

DÜNYA

14 Sentyabr 2024 | 01:45 | Müəllif: Subhan Mahmudov

Bolqarıstanda 103 ildə ilk dəfə vəba aşkarlanıb

Bolqarıstanda 103 ildə ilk dəfə vəba aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Novinite” nəşri məlumat yayıb.

Xəstəliyi Bolqarıstanda daimi yaşayan 23 yaşlı hindistanlı, avqustun 2-dən 23-dək vətənində olmuş gənc gətirib. Gəncdə vəba əlamətləri sentyabrın 3-də özünü göstərib.

O, həkimlərin nəzarəti altındadır. Qeyd olunur ki, xəstənin ümumi vəziyyəti yaxşıdır. Onunla birlikdə yaşayan kişi karantinə alınıb.

Qeyd edək ki, Bolqarıstanda son vəba epidemiyası 1914-1918-ci illər arasında baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026