İsrailin şimalındakı Binyamina rayonu yaxınlığında pilotsuz təyyarənin partlaması nəticəsində yaralananların sayı 67 nəfərə çatıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, zərərçəkənlərdən 4-nün vəziyyəti kritik, 9-nun vəziyyəti isə ağırdır.
21:48
"Hizbullah"a məxsus pilotsuz uçan aparat İsrailin şimalına hücum edib.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, PUA-nın partlaması nəticəsində azı 40 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Zərərçəkənlər helikopterlə xəstəxanaya yerləşdirilib. Qurbanların sayının artacağı gpzlənilir.
Hadisə Binyamina rayonunda baş verib. Məlumata görə, hava hücumu sirenləri işləməyib.
 Bakı
 Bakı 


