• Bakı 12° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Rusiyaya qarşı sanksiyalar genişləndirilə bilər - Kallas

DÜNYA

31 Mart 2026 | 19:01

Rusiyaya qarşı sanksiyalar genişləndirilə bilər - Kallas

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini genişləndirməyi müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib.

Onun sözlərinə görə, əsas müzakirə mövzularından biri Rusiyanın “kölgə donanması” üçün dəniz xidmətlərinin tam qadağan olunmasıdır. Kallas qeyd edib ki, bu addım ciddi təsir göstərə bilər, çünki Rusiya neftinin təxminən 45%-i Baltik dənizi vasitəsilə daşınır.

Bundan əlavə, Aİ ölkələri rus hərbçilərinin Avropa ərazisinə girişinin məhdudlaşdırılması məsələsini də nəzərdən keçirir. Bir sıra üzv dövlətlər bu təşəbbüsü dəstəkləyir və bunu təhlükəsizlik baxımından vacib hesab edir.

Kallas həmçinin bildirib ki, European Union daxilində Rusiyaya qarşı “xüsusi tribunal”ın yaradılması istiqamətində işlər davam edir və hazırda əsas məqsəd bu barədə sazişin üzv dövlətlər tərəfindən ratifikasiya olunmasıdır.


SON XƏBƏRLƏR