Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə bu həftə Kursk vilayətinə əlavə 3 milyard rubl ayrılıb.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin məlumat verib.
Nazirlər Kabinetinin rəhbəri bildirib ki, regionda hərbi əməliyyatlar nəticəsində zərərçəkmiş vətəndaşlara birdəfəlik müavinət üçün əlavə 1 milyard rublun verilməsi məsələsinə baxılacaq.
Qeyd edək ki, ümumilikdə Kursk sakinlərinə təcili ehtiyaclar üçün 8 milyard rubldan çox vəsait ayrılıb.
Gülşən Şərif