• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Kir Starmer Berlinə səfər edib

DÜNYA

28 Avqust 2024 | 12:56

Kir Starmer Berlinə səfər edib

Britaniyanın Baş naziri Kir Starmer Berlində Almaniya Kansleri Olaf Şoltsla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Kir Starmer vəzifəyə gəldikdən sonra ilk səfərini Almaniyaya edib.

Səfərin məqsədi ölkələr arasında yeni tərəfdaşlığı müzakirə etmək, "Brexit"dən sonra Almaniya ilə Aİ əlaqələrini yenidən qurmağa çalışmaqdır.

Starmer Almaniya ilə yeni ikitərəfli sazişin işə salınması, yeni təhlükəsizlik və müdafiə müqaviləsinin hazırlanması ilə bağlı Olaf Şoltsla danışıqlar aparacaq.

Almaniya və Britaniya liderləri birgə mətbuat konfransı keçirəcək.

Bundan sonra Starmerin Parisə səfəri gözlənilir.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024