• Bakı 19° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Çin və Braziliya birgə platforma yaradacaq - Ukraynaya görə

DÜNYA

27 Sentyabr 2024 | 11:11 | Müəllif: Gülşən Şərif

Çin və Braziliya birgə platforma yaradacaq - Ukraynaya görə

"Çin, Braziliya və qlobal cənubun digər ölkələri Ukraynada münaqişənin həlli üçün platforma yaratmağı planlaşdırır". 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Nyu-Yorkda Braziliya prezidentinin xüsusi nümayəndəsi Selso Amorim ilə görüşündə Çinin xarici işlər naziri Vanq Yi bildirib.

Onun sözlərinə görə, təşəbbüs "Dünyanın Dostları" adlanacaq. Platforma ölkələrə obyektiv və rasional səs ifadə etmək imkanı vermək üçün yaradılacaq. 

Bundan başqa, "Dünyanın Dostları"nda Ukrayna probleminin həllində konstruktiv rol oynamağa dair çağırışlar ediləcək. Sülh Dostlarının heç kimlə rəqabət və ya qarşıdurma axtarmadığı vurğulanıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR