• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Kamçatkada güclü zəlzələ olub

DÜNYA

27 Oktyabr 2024 | 10:37 | Müəllif: Subhan Mahmudov

Kamçatkada güclü zəlzələ olub

Rusiyanın Kamçatka diyarında 5,6 maqnitudalı zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi teleqramda bildirib.

“27 oktyabr saat 16:49-da (Bakı vaxtı ilə 08:49) hiss edilən zəlzələ baş verib. Yeraltı təkanın maqnitudası 5,6 olub. Episentr Milkovo kəndindən 164 km şərqdə Kronotski körfəzinin akvatoriyasında yerləşib”, – məlumatda qeyd olunub.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, seysmik hadisə Petropavlovsk-Kamçatski ərazisində 2 bala qədər hiss edilib. Sunami təhlükəsi elan edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026