"Rusiya Əfqanıstan hakimiyyəti ilə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Əfqanıstanın baş nazirinin müavini Məhəmməd Əbdül Kəbirlə görüşündə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
O, bildirib ki, Moskva regional strukturlara və birliklərə inteqrasiyada Kabilə yardım göstərməyə davam edəcək:
"Rusiya ilə Əfqanıstan arasında bütün sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyi hədəfləyirik. Bu addım bizə təkcə terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəsizlik çağırışları və təhdidlərinə qarşı effektiv dialoq qurmağa imkan verməyəcək, həm də ticarət və iqtisadi əməkdaşlığı intensivləşdirəcək. Rusiya tərəfi əmindir ki, Əfqanıstanın sabit və müstəqil dövlət kimi yaranması regiondakı bütün dövlətlərin maraqlarına cavab verir. Bu məqsədlə Rusiya Kabilə regional strukturlara və assosiasiyalara inteqrasiyada yardım göstərməyə davam edəcək".
Gülşən Şərif