Mozambikdə ciddi rejimli həbsxanadan kütləvi qaçış nəticəsində azı 33 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mozambik polis qüvvələrinin komandiri Bernardino Rafael deyib.
O bildirib ki, 1534 məhbusun qaçması müxalifət lideri Venansio Mondleynin çağırışı ilə baş verən nümayişlər kontekstində mümkün olub.
“1534 məhbus, o cümlədən terrorizmdən dolayı məhkum edilən 29 nəfər paytaxt Maputudan 14 km uzaqlıqda yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçıb. Onlardan 150-i yenidən tutulub”, - deyə hüquq-mühafizə orqanının nümayəndəsi bildirib.
Rafaelin sözlərinə görə, bu hadisədən paytaxtda cinayətkarlığın kəskin artacağı gözlənilir.