• Bakı C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.7778

    RUB - 1.8586

Türkiyədə 78 nəfərin öldüyü hotelin sahibi həbs edilib

DÜNYA

24 Yanvar 2025 | 22:05

Türkiyədə 78 nəfərin öldüyü hotelin sahibi həbs edilib

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında 78 nəfərin öldüyü “Grand Kartal” hotelinin sahibi və meneceri məhkəmə qərarı ilə həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “HaberGlobal” yayıb.

Qeyd olunub ki, hotel sahibi Halit Ergül və menecer Emir Aras cinayət işi üzrə istintaq çərçivəsində həbs edilib.

Türkiyənin dağ-xizək kurortunda baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb.

İstirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.


SON XƏBƏRLƏR

18 Fevral 2025