Ukrayna Prezidenti Vladimir Zelenski müharibə, beynəlxalq əlaqələr və Ukraynanın hərbi strategiyası ilə bağlı bir sıra mühüm açıqlamalar verib.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ və Rusiya müharibə boyu gizli danışıqlar aparıb.
Zelenski bildirib ki, Vaşinqton və Moskva müharibə ərzində daim danışıqlar aparıb, lakin bu proses ictimaiyyətə açıqlanmayıb. Bu bəyanat Qərbin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və böyük rezonans doğura bilər.