Urmiya gölünün bərpası üçün mütəxəssislərdən istifadə edirik.
Bakıvaxtı.az "Azad İran" teleqrma kanalına istinadən xəbər verir ki, bunu bu gün Urmiya gölünü ziyarət edən İran Prezidenti Məsud Pezeşkian deyib.
“Gölün vəziyyətini yaxşılaşdırmaq üçün universitet professorlarının, tədqiqatçılarının və mütəxəssislərinin dəstəyindən və köməyindən istifadə etməyə çalışırıq. Yağışlar Urmiya gölünün vəziyyətinin yaxşılaşdırılmasında çox mühüm rol oynayır”, - Pezeşkian söyləyib.
O, yağıntıların artmasının gölün canlanmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib.