• Bakı C

    6.97 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Bu şəhərdə meyitləri oğurlayırlar

DÜNYA

25 Mart 2025 | 19:31

Bu şəhərdə meyitləri oğurlayırlar

Novosibirskdə ölən şəxslərin cəsədlərinin "oğurlanması" halları artıb.

Bakıvaxtı.az xəbər verir ki, meyitlərin daşınması üzrə bələdiyyə xidmətinin nümayəndəsi Dmitri Zverev bildirib ki, "qara dəfn təşkilatçıları" mərhumun və onların qohumlarının şəxsi məlumatlarına çıxış əldə ediblər. 

"Hər bir zəng dispetçer xidməti tərəfindən qeydə alınır. Eyni zamanda, evakuasiya xidməti gələnə qədər dəfn agentlərinin mərhumun olduğu ünvana gəlməsi hallarına rast gəlirik", - o, izah edib.

Şəhər rəhbərliyi xatırladıb ki, meyitin meyitxanaya aparılmasına görə yalnız fırıldaqçılar pul tələb edirlər. Bu cür xidmətlərlə üzləşəndə, hüquq-mühafizə orqanlarına müraciət etməlisiniz. (lent.az)


SON XƏBƏRLƏR

25 Mart 2025