• Bakı C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Qəza qurbanlarının ailələrinə bütün lazımi yardım göstəriləcək - Manqistau vilayəti rəhbəri

DÜNYA

25 Dekabr 2024 | 23:14

Qəza qurbanlarının ailələrinə bütün lazımi yardım göstəriləcək - Manqistau vilayəti rəhbəri

Qazaxıstanın Manqistau vilayəti Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında qurbanlarının ailələrinə bütün lazımi yardımı göstərməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayət rəhbəri Nurdaulet Kilıbay brifinqdə bildirib

"Biz bütün lazımi köməkliyi göstərəcəyik", - deyə o qeyd edib. O bildirib ki, Aktauya gələnlər +7 (702-52) 5-31-01 nömrəsi ilə əlaqə saxlayaraq 24 saat ərzində köməklik ala bilərlər.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.


SON XƏBƏRLƏR

25 Dekabr 2024