İsrail ordusu Qəzzada dinc əhali və jurnalistləri növbəti dəfə hədəfə alıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Zeytun məhəlləsində bir evə edilən hücumda aralarında uşaqların da olduğu ən azı 5 nəfərin həyatını itirdiyi bildirilib.
Qeyd edilib ki, Əl-Avda xəstəxanası yaxınlığında baş verənləri izləyən 5 jurnalist İsrailin hava hücumuna məruz qalması nəticəsində həyatını itirib.
Hər iki hücumda çox sayda insanın yaralandığı açıqlanıb.
Nuriyyə Musayeva
İsraildən Qəzzaya daha bir hücum
CƏMİYYƏT
26 Dekabr 2024 | 08:46

SON XƏBƏRLƏR
28 Iyul 2026
Bakı 


