• Bakı 28° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Türkiyə səfiri Hikmət Hacıyevlə görüşüb

CƏMİYYƏT

24 Yanvar 2025 | 19:28 | Müəllif: Subhan Mahmudov

Türkiyə səfiri Hikmət Hacıyevlə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcını diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

    “Cənab Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi cənab Hikmət Hacıyevlə vidalaşdıq. Diplomatik fəaliyyət müddətim boyunca ən çox təmasda olduğum Hikmət bəylə işğaldan azad edilən azad Qarabağın hər bir guşəsində birlikdə olduq. Dörd il boyunca uzun görüşlərimiz və məsləhətləşmələrimiz oldu. Daim səmimi və açıq yanaşma, yaxın əməkdaşlıq və çalışmalarımıza vermiş olduğu dəyərli töhfələr üçün təşəkkür edirəm”, - səfir qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Sentyabr 2026