• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

XƏBƏRDARLIQ: Bu rayonlara avtobus reysləri təxirə salındı

CƏMİYYƏT

23 Fevral 2025 | 19:20 | Müəllif: Subhan Mahmudov

XƏBƏRDARLIQ: Bu rayonlara avtobus reysləri təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Bildirilib ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 23 fevral 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasına, cənub və şimal rayonlarına yola düşməli axşam reysləri müvəqqəti dayandırılıb. 

Qeyd edək ki, mövcud hava şəraiti diqqətlə izlənilir və sərnişinlər dəyişikliklər barədə məlumatlandıracaq. 

Vətəndaşlardan yarana biləcək suallarla bağlı [email protected] elektron poçt ünvanı və ya 1414 Çağrı Mərkəzi ilə əlaqə saxlamaları xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR