Müdafiə Sənayesi Nazirliyinə məxsus Telemexanika Zavodu MMC-nin direktoru Feyruz Əsədov vəzifəsindən azad edilib.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, onu Usubağa Məmmədov əvəz edib.
O, bundan əvvəl də - 2020-ci ilin oktyabr ayına qədər zavoda rəhbərlik edib.
Xatırladaq ki, “Telemexanika Zavodu” 1981-сi ildən müxtəlif adlar altında fəaliyyət göstərən "Telemexanika" İstehsalat Birliyinin bazasında 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 138,1 milyon manatdır.



jpg-1745500166.webp)
jpg-1745500065.webp)


jpg-1745499040.webp)






jpg-1745493247.webp)

