• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Sabahdan havanın temperaturu yüksələcək -PROQNOZ

CƏMİYYƏT

25 Mart 2025 | 12:12

Sabahdan havanın temperaturu yüksələcək - PROQNOZ

Martın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumat görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.


    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.


    SON XƏBƏRLƏR

    25 Mart 2025