• Bakı 22° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Bakı metrosunda təhlükə: Sərnişinlər eskalatoru belə dayandırırlar - VİDEO

CƏMİYYƏT

25 Mart 2025 | 12:28

Bakı metrosunda təhlükə: Sərnişinlər eskalatoru belə dayandırırlar - VİDEO

Bakı metropoliteninin stansiyalarında 2025-ci ilin ilk 2 ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

“Sərnişinlərimizi bir daha eskalatorda olarkən daha diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağa çağırırıq. Əks halda özünüzün və digər sərnişinlərin həyatı üçün təhlükə yarada bilərsiniz”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, QSC sosial şəbəkə hesabında dayanma halları ilə bağlı real görüntülərdən hazırlanan videoçarx paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

 


SON XƏBƏRLƏR

09 May 2025