• Bakı -0° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Bakıda taksi qiyməti qalxdı - Sərnişinlər 35-40 manat ödəməlidirlər

CƏMİYYƏT

23 Fevral 2025 | 19:15

Bakıda taksi qiyməti qalxdı - Sərnişinlər 35-40 manat ödəməlidirlər

Bakıda taksi ilə sərnişin daşıyan şirkətlər qiymətləri qaldırıblar.

Bakıvaxtı.az Teleqraf-a istinadla xəbər verir ki, adi günlərdə 5-7 manata gedilən məsafələrin gedişhaqqı hazırda 26-28 manat arasında dəyişir.

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 35-40 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 13-17 manat təşkil edirdi.

Bundan başqa, fevralın 23-də günün ikinci yarısından Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 15-20 dəqiqə gözləməli olurlar.

Taksi xidməti göstərən operatorlar isə qiymət artımının səbəbləri barədə açıqlama verməyiblər. Görünür bu, Bakıda hava şəraitinin qarlı və şaxtalı keçməsi ilə bağlıdır.


SON XƏBƏRLƏR

22 Fevral 2025