• Bakı -0° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Təhlükəli avtomobillər hərəkətdən kənarlaşdırılır - XƏBƏRDARLIQ

CƏMİYYƏT

23 Fevral 2025 | 15:23

Təhlükəli avtomobillər hərəkətdən kənarlaşdırılır - XƏBƏRDARLIQ

Əlverişsiz hava şəraitində yollarda hərəkət edən nəqliyyat vasitələrinin qış şəraitinə uyğunluğu Baş DYP İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılır.

BDYP-dən Bakıvaxtı.az-a verilən məlumata görə, bu yoxlamalar, avtomobillərin qış şəraitində təhlükəsiz hərəkət etməsini təmin etmək məqsədini güdür.

Texniki baxımdan təhlükəli hesab olunan avtomobillər hərəkətdən kənarlaşdırılır. Bu, yolda baş verə biləcək qəza risklərinin minimuma endirilməsinə xidmət edir. 

Sürücülərdən xahiş olunur ki, avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına əmin olsunlar. Qış təkərlərinin, əyləc sisteminin, işıqlandırmanın və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlasınlar.


SON XƏBƏRLƏR

22 Fevral 2025