• Bakı 21° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Nazirlik 1000-dən çox mənzili satışa çıxaracaq

CƏMİYYƏT

25 Mart 2025 | 10:17

Nazirlik 1000-dən çox mənzili satışa çıxaracaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bir sıra mənzilləri satışa çıxaracaq.

Bakıvaxtı.az Trend-ə istinadla xəbər verir ki, 69 tip üzrə 1162 mənzilin satışa çıxarılması nəzərdə tutulub.

Məlumata əsasən, satışa çıxarılacaq mənzillər 70 binada yerləşir.

Nazirlik artıq qeyd olunan işlərlə bağlı müvafiq işlərə başlayıb.

Belə ki, ƏƏSMN hazırda satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətini göstərəcək şirkət axtarışındadır.

Nazirlik eyni zamanda sözügedən xidməti göstərəcək şirkətə 18 624 manat ödəməyə də hazır olduğunu bildirir.


SON XƏBƏRLƏR