İsrail aviasiyası Livan "Hizbullah"ının ölkənin şərq və cənubundakı hədəflərinə zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livanın NNA agentliyi məlumat yayıb.
Jurnalistlər hərəkatın keçmiş baş katibi Həsən Nəsrullahın dəfn mərasimi zamanı İsrail ordusunun Livana hücum etdiyini qeyd ediblər. Vida mərasiminə xaricdən 400-dən çox siyasi və dini xadim, o cümlədən parlament sədrinin rəhbərlik etdiyi İran nümayəndə heyəti qatılıb.