• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Lukaşenko: "Seçki proqramında vəd edilənlər mütləq yerinə yetiriləcək"

DÜNYA

25 Mart 2025 | 16:31

Lukaşenko: Seçki proqramında vəd edilənlər mütləq yerinə yetiriləcək

"Qarşıdakı beş ildə perspektivli investisiya layihələri, innovativ istehsal və yeni iş yerlərinin yaradılması prioritet olacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko andiçmə mərasimində çıxışı zamanı deyib.

"Bizim strategiyamız seçki proqramında əksini tapıb. Sizinlə birlikdə söz verdiyimiz hər şey yerinə yetiriləcək. Belarus xalqının rifahı naminə,” - deyə Lukaşenko vurğulayıb.

O, ölkənin irəliyə doğru inkişaf etməsinin əsas vəzifə olduğunu qeyd edib:

"Güclü iqtisadiyyat bizim siyasətimizin əsas prinsipidir və uğurun açarıdır”.

Lukaşenko sosial yönümlü iqtisadi modeli qoruyacağını, eləcə də bürokratiya və korrupsiyaya qarşı mübarizəni davam etdirəcəyini bəyan edib:

"Bütün çağırışlara baxmayaraq, biz dövlətin və cəmiyyətin qarşılıqlı məsuliyyətinə əsaslanan sosialyönümlü iqtisadi modeli qoruyacağıq. Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, bürokratiya və korrupsiyaya qarşı amansız mübarizə aparılması istiqamətində işimizi davam etdirəcəyik. Bunu açıq şəkildə edəcəyik və bu beşillikdə bu problemi həll edəcəyik. Söz verirəm," - deyə Lukaşenko bildirib.


SON XƏBƏRLƏR

25 Mart 2025