ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən Ər-Riyad görüşünün ikinci mərhələsi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın nümayəndə heyətindəki mənbə məlumat verib.
O, deyib ki, görüş bitsə də, ABŞ rəsmiləri ilə birgə fəaliyyət davam etdirilir.
***
14:06
ABŞ və Ukrayna nümayəndə heyətləri Ər-Riyadda Rusiya ilə atəşkəs barədə danışıqların yeni mərhələsinə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBC Ukraine” AFP-yə istinadən məlumat yayıb.
"Ər-Riyadda Ukrayna və ABŞ komandaları arasında Kiyev və Moskva arasında atəşkəs məsələsi ilə bağlı yeni görüş keçirilir, Ukrayna nümayəndə heyətindəki mənbə bildirib", - agentlik vurğulayıb.
“Bloomberg” isə öz növbəsində qeyd edib ki, tərəflər enerji obyektlərinə 30 gün ərzində zərbələrin dayandırılması imkanı və Qara dənizdə atəşkəsə nail olmaq barədə müzakirələr aparmaq niyyətindədirlər.
Qeyd edək ki, tərəflər martın 23-də Ər-Riyadda bu məsələ ilə bağlı danışıqlar aparıblar.