• Bakı -0° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Günəşdə güclü partlayış baş verdi

HADİSƏ

23 Fevral 2025 | 15:21

Günəşdə güclü partlayış baş verdi

Fevralın 23-də Günəşdə güclü (M sinifli) partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TASS" Rusiyanın Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat yayıb.

"Fevralın 23-də Moskva vaxtı ilə saat 05:13-də (Bakı vaxtı ilə 06:13) 4001 (N25W82) günəş ləkələri qrupunda rentgen diapazonunda 23 dəqiqə davam edən M4.9 partlayışı qeydə alınıb", - məlumatda deyilir.

Qeyd edək ki, günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır./publika.az


SON XƏBƏRLƏR

22 Fevral 2025