• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Moskva məhkəməsindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR

HADİSƏ

25 Mart 2025 | 09:29

Moskva məhkəməsindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR

Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın "Embraer 190" təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə materiallarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bunu müstəntiq 2025-ci ilin yanvarında istəyib, prokuror isə onu dəstəkləyib.

İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib. Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib.

Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.


SON XƏBƏRLƏR

25 Mart 2025