• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Qızılın qiyməti BAHALAŞDI

İQTİSADİYYAT

25 Mart 2025 | 12:19

Qızılın qiyməti BAHALAŞDI

Əmtəə bazarlarında qızıl yenidən bahalaşmaqda davam edib.

Bakıvaxtı.az birja məlumatlarına istinadla xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,05% və ya 1,4 dollar artaraq 3 045,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,43% və ya 0,14 dollar artaraq 33,6 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, qızıl ən yüksək qiyməti bu il martın 19-da qeydə alınıb və 3052 dollara qədər yüksəlib.


SON XƏBƏRLƏR

25 Mart 2025