• Bakı 10° C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Vətəndaşın kartından 27 283 manat belə oğurlandı

CƏMİYYƏT

25 Mart 2025 | 19:47

Vətəndaşın kartından 27 283 manat belə oğurlandı

Vətəndaşın bank kartından kiber üsulla 27 283 AZN oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

"+94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz", - E.Hacıyev vurğulayıb.

O qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri əldə edilərək adına bankdan 21 000 manat kredit çəkilib:

"Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib".

"Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır. Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürüləcəklər", - E.Hacıyev əlavə edib.


SON XƏBƏRLƏR

25 Mart 2025