• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Paşinyan Rubio ilə sülh danışıqlarını müzakirə etdi

DÜNYA

25 Mart 2025 | 22:17 | Müəllif: Subhan Mahmudov

Paşinyan Rubio ilə sülh danışıqlarını müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq, eləcə də regional gündəliklə bağlı məsələləri müzakirə ediblər.

Paşinyan dövlət katibinə Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesini təqdim edib. 

Nəticədə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin razılaşdırılması mümkün olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026