Aİ-nin Ermənistandakı missiyası qondarma "erməni soyqırımı" ilə bağlı paylaşımına düzəliş edib.
Bakıvaxtı.az xəbər verir ki, missiyanın sosial şəbəkə hesabında əvvəlcə “Bu gün, aprelin 24-də "erməni soyqırımı" qurbanlarının xatirəsini ehtiramla yad edirik” mesajı yerləşdirilib. Lakin daha sonra bu ifadə “1915-1923-cü illərin qurbanlarının xatirəsinə” ifadəsi ilə əvəz edilib.