Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye sahəsində əsas kapitala 899,3 milyon manat investisiya yönəldilib.
Bu barədə Bakıvaxtı.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 103,5 milyon manat və ya 11,5% azdır.
Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə sənaye sahəsində əsas kapitala 1 milyard manatdan artıq investisiya yönəldilmişdi.
Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 44,8%-ə bərabər olub.