• Bakı C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Lavrov: Rusiya və ABŞ prezidentlərinə məlumat verilib

DÜNYA

25 Mart 2025 | 16:56

Lavrov: Rusiya və ABŞ prezidentlərinə məlumat verilib

Rusiya və ABŞ prezidentlərinə Səudiyyə Ərəbistanında keçirilmiş danışıqların nəticələri barədə məlumat verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Birinci kanal"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya Ər-Riyadda keçirilən danışıqlarda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini müzakirə ediblər: "Rusiya Qara dəniz təşəbbüsünün bərpasının tərəfdarıdır, lakin hamı üçün daha məqbul formada. Moskva yeni sülh təşəbbüsündə ikimənalılığın olmamasında və Rusiyanın aydın zəmanətlərə malik olmasında israr edir".

S.Lavrovun fikrincə, Moskva istəyir ki, heç kim onu taxıl və gübrə bazarından uzaqlaşdırmağa çalışmasın.


SON XƏBƏRLƏR

25 Mart 2025