• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

BTC ilə neft ixracı fevralda 3% artıb

İQTİSADİYYAT

25 Mart 2025 | 17:03 | Müəllif: Gülşən Şərif

BTC ilə neft ixracı fevralda 3% artıb

 Bu ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 33,618 milyon barel neft nəql edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % azdır.

Bununla belə, ötən ay BTC ilə neft ixracı 17,571 milyon barel təşkil edib ki, bu da ötən ilin fevral göstəricisindən 3,1 % çoxdur.

Hazırda BTC ilə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan neft və “Şahdəniz” yatağından kondensat, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nefti və kondensatı nəql edilir. Bundan əlavə, Qazaxıstan da daxil olmaqla digər mənbələrdən də nəql həyata keçirilir.

2024-cü ildə boru kəməri ilə 224,142 milyon barel neft nəql edilib. Bu da 2023-cü illə müqayisədə 2 % azdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026