• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracı 40 faiz artıb

İQTİSADİYYAT

25 Mart 2025 | 15:18

Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracı 40 faiz artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Avropa İttifaqı ölkələrinə 3 milyard 556 milyon 892.07 min dollar dəyərində məhsul ixrac edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 30 milyon 204,1 min dollar və ya 40 faiz çoxdur.

Eyni zamanda Avropa İttifaqı ölkələrindən idxal da artıb. Belə ki, bu ilin yanvar-fevral aylarında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 129 milyon 89 min dollar çox - 486 milyon 995.93 min dollar məhsul idxal edilib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon dolları ixracın, 4 milyard 138,02 milyon dolları isə idxalın payına düşüb.


SON XƏBƏRLƏR

25 Mart 2025