ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauelə müraciət edərək, əsas uçot dərəcəsini mümkün qədər tez azaltmağa çağırıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Tramp indiki dövrü belə bir addım üçün ideal sayıb.
"Mən onu işdən çıxartmaq fikrində deyiləm. İstərdim ki, əsas faiz dərəcəsini aşağı salmaq ideyası baxımından bir az daha aktiv olsun", - deyə ABŞ prezidenti vurğulayıb.
Qeyd edək ki, aprelin 17-də Tramp FED sədri Cerol Pauelin vəzifəsini tərk etməli olduğunu açıqlamışdı.
Gülşən Şərif