• Bakı 22° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub

İQTİSADİYYAT

23 May 2025 | 09:11

2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisə daxil olub

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, qanun layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib.

Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 % və 3,5 % çoxdur.

Son nəticədə ötən il büdcədə 555,5 milyon manat və yaxud ümumi daxili məhsulun 0,4 %-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37,1% azdır.


SON XƏBƏRLƏR