• Bakı 20° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Azərbaycan regional enerji təhlükəsizliyinə mühüm töhfə verir - Deputat

SİYASƏT

23 May 2025 | 11:44

Azərbaycan regional enerji təhlükəsizliyinə mühüm töhfə verir - Deputat

“Son illər Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq dərinləşib, milli iqtisadiyyatlar sürətlə inkişaf edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, 2024-cü ildə Türk dövlətlərinin iqtisadiyyatı 5.4 faiz böyüyüb:

“Bu, 3.2 faizlik qlobal iqtisadi artımı xeyli üstələyir. Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya malikdir. 2024-cü ildə onların ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizini təşkil edir. Azərbaycan Türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsində xüsusi rol oynayır. Yeni dünya düzəninin formalaşması mərhələsində regionda siyasi kataklizmlərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirib və ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın həm Qərb, həm də Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu artırıb”.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan regional enerji təhlükəsizliyinə mühüm töhfə verərək tərəfdaş ölkələrlə enerji əməkdaşlığını gücləndirir:

“2024-cü ildə Azərbaycanın Avropaya qaz ixracatı 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2023-cü illə müqayisədə 2 milyard kubmetr çoxdur. Qeyd edək ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə mavi qaz hasilatı illik 50 milyard kubmetrdən artıq olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edir. Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirir və regionun enerji təhlükəsizliyinin güclənməsində ölkəmizin rolunu artırır. Bu, Mərkəzi və Şərqi Avropa da daxil olmaqla tərəfdaş ölkələrlə yeni əməkdaşlıq imkanları yaradır.”

Mina Mikayılova


SON XƏBƏRLƏR