• Bakı 24° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

DİM sədri: “Gələn il riyaziyyatda əhəmiyyətli sıçrayış gözləyirik”

CƏMİYYƏT

23 May 2025 | 11:32

DİM sədri: “Gələn il riyaziyyatda əhəmiyyətli sıçrayış gözləyirik”

Buraxılış imtahanlarında müsbət tendensiya var, lakin aydın sıçrayış qeydə alınmayıb

Bakıvaxtı.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanlarında müsbət tendensiya davam etsə də, ötən illərlə müqayisədə aydın sıçrayış müşahidə olunmur.

Onun sözlərinə görə, Azərbaycan dili və xarici dil fənləri üzrə nəticələr müəyyən qədər qənaətbəxş hesab edilə bilər, lakin riyaziyyat fənni üzrə nəticələr hələ də narahatlıq doğurur.

“Ümid edirəm ki, gələn il bu sahədə daha ciddi irəliləyiş olacaq və riyaziyyat fənni üzrə də əhəmiyyətli sıçrayış müşahidə edəcəyik,” – deyə Məleykə Abbaszadə əlavə edib.

Mina Cavidqızı


SON XƏBƏRLƏR

16 Iyul 2025